İslam bankçılığı ilk dəfə Avstriyada

Avstriyanın tanınmış “BAWAG” bankı fevral ayından İslam Bankçılığı sistemindən istifadə edəcəyini elan edib. 
Maide.az xəbər verir ki, mərkəzi ofisi Vyanada yerləşən “BAWAG” bankı islam qaydalarına uyğun bank əməliyyatlarının həyata keçirilməsi, faizsiz kreditlərin verilməsi və İslam Bankçılığının digər üstünlüklərindən istifadə etməyi planlaşdırdığını elan edib. 
“BAWAG” bankın bu qərarı bu ölkədə bəzi qüvvələrin etirazına səbəb olub. Etirazçılar bu qərarın müsəlman müştərilərə xüsusi xidmətin göstərilməsi və digər müştərilərin bu özəlliyinin olmaması ilə əlaqələndiriblər. 
Cavabında isə “BAWAG” bankı bildirib ki, İslam Bankçılığı sistemindən dinindən asılı olmayaraq bütün müştərilər  istifadə edə bilərlər. Əgər müştərilər düşünür ki, İslam Bankçılığı sisteminin özəllikləri onlara daha çox gəlir gətirəcəksə ondan faydalana bilərlər. 
Qeyd edək ki, İslam Bankçılığı sistemi Avstriyada ilkdə “BAWAG” bankı tərəfindən tətbiq olunacaq. 
Avstriyada İslam ən böyük dindir. Bu ölkədə 600 mindən çox müsəlman yaşayır. /
 
 

Google+ WhatsApp ok.ru