`İslam Həmrəyliyi` ilində AİP-in mövlud tədbirinin qarşısı alındı

`İslam Həmrəyliyi` ilində AİP-in mövlud tədbirinin qarşısı alındı

AİP müvafiq dairələrin belə addımlarıni cəmiyyətimizə, milli-mənəvi-dini dəyərlərimizə zidd addım kimi qiymətləndirir və etirazını bildirir
 
Məlum olduğu kimi, hicri-qəməri təqvimi ilə 255-ci il şəban ayının 15-ci günü İslam müqəddəsi İmam Zamanın (a.f) mövlud günüdür. Azərbaycan İslam Partiyası bu müqəddəs gün, möminlərin, ümumən müsəlmanların əziz bayramı münasibətilə bayram tədbiri keçirməyi planlaşdıraraq qonaqlar dəvət edib.
 
Qurumun mətbuat xidmətindən "İslaminSesi"nə verilən məlumata görə, bayram tədbirinə bir gün qalmış tədbirin keçiriləcəyi məkanın rəhbərliyi qonaqları qəbul etməkdən imtina etmişdir. Məlumatda  qeyd edilir ki, bəzi dairələr İslam müqəddəslərinin həyatına dair tarixi günlərin geniş qeyd edilməsinin qarşısının alınması başa düşülən deyil. Belə günlərin və dinimizin müqəddəs şəxsiyyətlərinin həyatına dair məqamların geniş qeyd olunması cəmiyyətimiz, onun mənəvi kamilliyi üçün əhəmiyyətli bir məsələdir.
 
AİP müvafiq dairələrin belə addımlarıni cəmiyyətimizə, milli-mənəvi-dini dəyərlərimizə zidd addım kimi qiymətləndirir və etirazını bildirir. /

Google+ WhatsApp ok.ru