İslamçıların `Tubzon`a göndərilməsinin səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi şənbə günü Ramana qəsəbəsindəki 16 saylı CÇM-dəki 5 islamçı məhbus "Tubzon"a aparılıb.
İslamazeri.az məsələ ilə bağlı yeni məlumat əldə edib. Belə ki, islamçı məhbuslar; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Elşad Rzayev və Telman Şirəliyevin "Tubzon"a köçürülmələrinin səbəbi 16 saylı CÇM-nin əməliyyatçısı Zöhrab Səmədovla yaranmış mübahisə səbəb olub. Tərlan Ağadadaşovun atası Faiqin bildirdiyi kimi Yusif Peyğəmbərin filminin klubda nümayiş etdirilməsilə bağlı Zöhrab etiraz etdikdən sonra, "zon"un rəisi filmin nümayişinə izin verib. Bundan sonra Zöhrab Səmədov PX-ə məruzə edibki, 16 saylı CÇM-də "islamçıların qruplaşması" var, bunun qarşısını alın. Bundan sonra PX ora məsul şəxs göndərir və o da, bəzi dustaqlarla görüşdükdən sonra 5 nəfərin "Tubzon"a, 3 nəfərin isə "kars"a salınması baş verir."  (islamazeri)

Google+ WhatsApp ok.ru