İslamçı məhbuslar fevral ayına qədər karserdə saxlanılacaq


14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin qətlindən sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüblər.

Onlardan bir neçəsi vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə və başqa həbsxanalara köçürülüblər. Həmçinin 14 saylı CÇM-də bir çox məhbuslar o cümlədən islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova işgəncə verilərək 15 gün müddətinə karserə salınıb.

Bu barədə rəsmi məlumat yoxdur, məhkumların yaxınlarına da onlarla görüşməyə icazə verilmir.

Bu gün isə Cenubnews.com-a daxil olan məlumata görə, Rza Ağalı və İlham Hətəmov fevral ayının 7-ə qədər "kars"da saxlanılacaqlar.

Qeyd edək ki, 14 saylı CÇM-dən "Tubzon"a aparılan baş redaktor Araz Quliyev və hicab məhbusu Anar Qasımlı da adı çəkilən müəssisədə karserdə saxlanılır. /

 

Google+ WhatsApp ok.ru