İslam Peyğəmbəri təqiyyə edibmi?

Ayətullah Cavadi Amuli "Ğafir" surəsinin 47 və 52-ci ayələrinin təfsirini edib. Ayələrdə Həzrət Musanın qövmündən və Firon xanədanı içində imanını gizlədən mömin insandan bəhs edən Ayətullah bu izahatı verib:
 
Bu ayələrdən çox aydın şəkildə anlayırıq ki, o fakt təkcə İslam ümmətinə məxsus deyil. Hər əsrdə təqiyyəni zəruri edən şərtlər olmuşdur. Nə vaxt ki, insanların din və mədəniyyətinə ağıl hegemon olmasa, belə bir vəziyyətdə onun üçün zəmin yaranır. Yəni insanlar məntiqdən uzaqlaşanda cəhalət güclənir və həqiqətlərə həyat haqqı tanınmır. Belə bir şərait həqiqət tərəfdarlarının təqiyyə etmələrini zəruri edir. İnsanlar elm mərkəzlərilə əlaqə halında olsa, ağıllı olurlar. Cəmiyyət ağıllı olsa, onu etməyə ehtiyac qalmaz.
 
Maide.az xəbər verir ki, Ayətullah Cavadi Amuli daha sonra belə deyib: "Ancaq peyğəmbərlər təqiyyə etməyiblər. Peyğəmbərimiz (s) haqqında Quranda bu ifadəni görürük: "Allah yolunda vuruş! Sən özünə cavabdehsən". Yəni sənin vəzifən, küfrə və şirkə qarşı təkbaşına da qalsan, müharibə etməkdir. Dolayısı ilə Peyğəmbərə nə təqiyyə ilə əmr olunmuştur, nə də təqiyyə edə bilər. Amma imam təqiyyə etməklə əmr olunmuşdur. Bunun səbəbinə gəlincə, dinin əsli risalətdir və peyğəmbərlər bu üzdən daim inkarçılar və kafirlərin hədəfi olmuşdur. Əgər peyğəmbərlər də təqiyyə etsəydi, din inkişaf etməzdi. Buna görə də Allah peyğəmbərinə buyurdu: Sən özünə cavabdehsən və tək bir nəfər də sənə kömək etməsə, yenə də sən vəzifəni yerinə yetirməlisən. Bax bu, təqiyyə etməməkdir. Zatən peyğəmbərlərin inkarçılar tərəfindən şəhid edilməsinin səbəbi də budur."

Google+ WhatsApp ok.ru