Smartfon asılılığı ilə mübarizə üçün qurğu yaradılıb

Smartfon asılılığı ilə mübarizə üçün qurğu yaradılıb

 
Müasir texnologiyalar yeni asılılıq formaları doğurur və onlardan biri bilavasitə smartfonlarla əlaqədardır. Alimlər insanların mobil qurğulara aludə olmalarından narahatdır. Məhz buna görə Niderland mütəxəssisləri səylərini smartfondan ayrılmamaq zərərli vərdişindən xilas olmağa kömək edən qurğunun yaradılmasına yönəldiblər.
 
"DNI24” resursuna istinadən xəbər verilir ki, “Distractagone” adlanan qurğu vaxtölçən ilə təchiz edilən qutu səkilindədir. İstifadəçi saatı quraraq smartfonu futlyara qoyur və ondan yalnız vaxtölçən verilmiş intervalı ölçdükdən sonra istifadə edə bilir.
 
Əksər insanların smartfondan necə asılı olmasını çox yaxşı bilməsini düşünən Niderland alimləri qurğunun böyük perspektivlərə malik olmasına inanırlar. (ictnews) /

Google+ WhatsApp ok.ru