Smartfon istifadəçilərinə xoş xəbər 26 İyun 2018 01:00 Maraq dünyası -- Qrup halında video-görüntülü söhbət hələlik 4 nəfərlə mümkündür "Whatsapp" istifadəçiləri üçün yeni funksiya yaradılıb. Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, bundan sonra istifadəçilər görüntülü qrup söhbətləri də edə biləcəklər. Məlumata görə, bundan sonra hər bir "Whatsapp" istifadəçisi eyni anda 4 nəfərlə video görüntülü damışa biləcək. Xatırladaq ki, daha əvvəl "Beta" versiyasını istifadə edən istifadəçilər video-görüntülü qrup söhbətlərindən istifadə edirdilər. Hazırda bütün istifadəçilər bundan yararlana bilər. Qrup halında video-görüntülü söhbət hələlik 4 nəfərlə mümkündür. Söhbətə çağırdığınız istifadəçilər razılıq verdikdən sonra ekran 4 hissəyə bölünəcək və siz görüntülü söhbət edə biləcəksiniz. Teqlər : #Smartfon istifadəçilərinə xoş xəbər , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni virus yayılıb, özünüzü qoruyun... `Instagram`da yeni funksiya işə salınıb