Smartfonlar çəplik yarada bilər

Smartfonların faydası danılmazdır, ancaq hər şeyin artığı zərərlidir. Bu ağıllı cihazlar həm fiziki, həm də psixoloji problemlər yarada bilər. Bunlardan biri də çəplikdir.
 
Maide.Az xəbər verir ki, Şimali Koreyadakı Chonnam Milli Universitet Xəstəxanasının yayımladığı araşdırma nəticəsinə görə, uşaqların həddindən artıq smartfon istifadəsi çəplik yaradır. 7-16 yaş arasındakı uşaqlarda aparılan araşdırmada günlük 4-8 saat istifadə zamanı bu problemin yarandığı görülüb.
 
Qeyd edək ki, smartfonlardan çox istifadə etmək uşaqları real həyatdan uzaqlaşdırır və tənhalığa alışdırır. (technews)
 

Google+ WhatsApp ok.ru