Smartfonlara hava vasitəsilə eneji verən qurğu təqdim edilib - VİDEO

Smartfonlara hava vasitəsilə eneji verən qurğu təqdim edilib - VİDEO

Simsiz enerjidoldurma müasir cihazlarda uğurla tətbiq edilir. Bununla belə bu texnologiya hələ ki məsafədən asılıdır. Bir çox şirkətlər bu istiqamətdə müəyyən işlər görürlər. Məsələn, “Disney” şirkəti cihazları enerji ilə dolduran otaq qurub, “uBeam” startapı, həmçinin bu yaxınlarda öz həllini nümayiş etdirib. İndi “Indiegogo” resursunda tanıdılan “MotherBox” layihəsinin yaradıcıları təxminən 50 sm məsafədə 2 vatt gücündə enerjini ötürməyə söz verir.
 
Maide.Az “ICTnews”-a istinadən xəbər verir ki, cihazlar 40 sm məsafədən 4 Vatt, 13 sm məsafədən isə 10 Vatt gücündə enerji toplayırlar. Smartfona “Lightning”, “microUSB” və ya “USB Type-C” portları vasitəsilə xüsusi qəbuledici birləşdirmək lazımdır.
 
“MotherBox” qurğusu qaranlıqda işıq saçır və qeyri-adi formada hazırlanıb. Qurğunun dəyəri ilkin sifariş üzrə 79 dollardır, bu ilin sentyabrında tədarük ediləcək. /

Google+ WhatsApp ok.ru