Smartfonu idarə etmək üçün orijinal qurğu təqdim olunub 31 May 2016 01:00 Maraq dünyası “Fingertips Lab” startapı smartfonu idarə etmək üçün orijinal qurğu təqdim edib. Fırlanan halqa formasında olan, səsli idarəetmə üçün mikrofon və akselerometrlə təchiz edilmiş yenilik ekrana baxmadan, yalnız düyməyə sıxmaqla bir çox məsələləri asanlıqla yerinə yetirməyə imkan verir. Maide.Az “hitech.vesti.ru” saytına istinadən xəbər ki, həb formasında olan cihaz “O6” adlandırılıb. Yeni qurğunu bilərzik kimi də istifadə etmək olar, yaxud geyimə, hətta avtomobilin sükanına bərkitmək mümkündür. Səs vasitəsilə aksesuarı idarə etmək olar, bundan başqa qurğu fırlatma təkəri, 4 ədəd naviqasiya klavişi və daxili akselerometrlə təchiz edilib. “O6” cihazı “Bluetooth”un köməyilə telefona qoşulur. Qurğu poçtu dinləməyə, mesajlara cavab verməyə, zəng etməyə və ya musiqi seçib dinləməyə imkan verir. Daxili akkumulyator sayəsində qurğu 10 gün müddətində avtonom işləyir. Hazırda “O6” cihazı yalnız “iPhone” və “iPad” qurğularını dəstəkləyir, ancaq istehsalçı yaxın gələcəkdə “Android” dəstəyini planlaşdırır. “Fingertips Lab” startapı “O6” cihazının kütləvi istehsalı üçün lazımi vəsaiti “Kickstarter” platforması üzərindən toplayır. Şirkət lazım olan məbləği toplaya bilsə, qurğu 149 dollara satışa çıxarılacaq. (ICTnews) Teqlər : #Smartfonu idarə etmək üçün orijinal qurğu təqdim olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu kənddə hərəkət yalnız qayıqlarla mümkündür - FOTOLAR Minlərlə yarasa məscidin binasına qonublar