SOCAR   IT sahəsinə girişir

SOCAR IT sahəsinə girişir

Vergilər Nazirliyi aprelin 5-də «SOCAR IT» MMC-ni dövlət qeydiyyatına alıb. Şirkət «Heydər Əliyev,113» ünvanında - Dövlət Neft Şirkətinin yeni baş ofisində yerləşir.
 
SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yeni şirkətin yaradıldığını AzadlıqRadiosu-na təsdiqləsə də, «SOCAR IT» MMC-nin konkret hansı işlərlə məşğul olacağı barədə sualı cavablamayıb.
 
Hər halda ehtimal etmək olar ki, adından da göründüyü kimi, şirkət informasiya texnologiyaları (İT) sahəsində çalışacaq.
 
Məlumat qismən açıqlanır
 
Yeni şirkətin nizamnamə kapitalı 50 min manatdır. Vüsal Mehman oğlu Əhmədov onun direktoru təyin edilib.
 
SOCAR ötən ildən bəri satınalma müsabiqələri və onların nəticələri haqda məlumatları qismən açıqlamağa başlayıb. Bu elanlar arasında İT xidmətləri və proqram təminatlarının satın alınması barədə yalnız bir bildirişə rast gəlinib: Bu ilin fevralında şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi öz tələbatını ödəmək məqsədilə yeni server avadanlığı və mövcud serverlərin genişləndirməsi üçün tender elan edib. Hələlik, onun nəticəsi açıqlanmayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru