SOCAR ixtisarlara başlayacaq

Keçən il SOCAR-ın işçilərinin orta hesabla sayı 52 500 nəfərə qədər olub.
 
Bu gün SOCAR-da əmək haqqı bəlli bir faizdədir və işçilərinin sayı kifayət qədərdir.
 
Keçən il şirkətdə işçilərin orta hesabla sayı 52 500 nəfərə qədər olub. Təbii ki, bunun 30%-i mühəndis və qulluqçular, rəhbər işçilər, 70%-i isə fəhlələr təşkil edib.
 
Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov “Caspian European” Klubun təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.
 
“Keçən ilin nəticəsinə görə, SOCAR-da ümumilikdə orta aylıq əmək haqqı təxminən 857 manat civarında olub. Bildiyiniz kimi aprel ayının birindən inflyasiya və devalvasiyanı nəzərə alaraq, SOCAR işçilərinin də əmək haqqının 10% artırılması ilə bağlı qərar qəbul edib.
 
Düşünürük ki, biz bununla bərabər, işçilərin sayının optimalaşdırılması prosesini də həyata keçirdək. Son 5 ildən işçilərin sayını 75 mindən 52 minədək azaltmışıqsa, bu istiqamətdə də əlbəttə ki, tədbirlərimizi davam etdirəcəyik”, – deyə vitse-prezident əlavə edib.
 
Onun sözlərinə görə, ilkin tədbirlər nəticəsində SOCAR 350-400 milyon manatadək xərcləri aşağı sala biləcək:
 
“Ayrı-ayrı istehsalat birliklərində, idarələrdə biznesin optimallaşdırlması, xərclərin aşağı salınması, istehsalatın düzgün planlaşdırılması, informasiya texnologiyalarının tətbiq olunması və bu layihələr hesabına biz düşünürük ki, ilkin tədbirlər nəticəsində hardasa bu il və gələcək iki ildə 350-400 milyon manatadək xərcləri aşağı salınması, gəlirlərin artırılması gözləntisini gözləyək”. /

Google+ WhatsApp ok.ru