Son 10 ildə qadının iqtisadiyyatda yeri necə dəyişib

Son 10 ildə qadının iqtisadiyyatda yeri necə dəyişib

Dünya Bankı “Qadınlar, Biznes və Hüquq 2019: İslahatların 10 ili” adlı hesabat açıqlayıb.
 
Bu hesabat çərçivəsində hazırlanan indeks qadının işə başlayandan pensiya alanadək iş həyatını, onun həyatının hər bir dönəmində təmin olunduğu hüquqi qorumaları öyrənib. İndeks 187 ölkə üzrə 10 illik bir müddət səkkiz indikatoru əhatələyir.
 
Son 10 ildə indeksin ölçüldüyü sahələr üzrə ciddi irəliləyişin əldə olunduğu vurğulanır. Bu müddət ərzində qlobal orta göstərici 70-dən 75-ə qalıb. 131 ölkədə qanunlara qadınların iqtisadi iştirakını yaxşılaşdırmağı hədəfləyən 274 islahat aparılıb. 35 ölkədə iş yerində cinsi qısnamaya qarşı hüquqi qaydalar tətbiq olunub və bu, 10 il öncəyə baxanda 2 milyarddan artıq qadının qorunması deməkdir.
 
22 ölkə qadınların işləməsinə qadağanı qaldırıb. 13 ölkədə isə eyni dəyərli işə görə bərabər maaş təyin edən qanun qəbul olunub.
 
Azərbaycanın göstəricisi 78,75-dir.  /azadliq.org /
 
 

 

Google+ WhatsApp ok.ru