Son 20 ildə iyun ayında belə istilər olmayıb - NAZİR

Son 20 ildə iyun ayında belə istilər olmayıb - NAZİR

"Azərbaycanda dünən və bu gün çox isti olub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".
 
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
 
Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir ki, iyun ayında belə yüksək temperatur qeydə alınıb:
 
"Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dəfə artıb.
 
Hesab edirəm ki, bu çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahərinə təsiri çox yüksəkdir".
 

Google+ WhatsApp ok.ru