Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adlar verilib? - SİYAHI 02 Aprel 2016 01:00 Ölkə Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib. Ədliyyə Nazirliyinin məlumatına görə, son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb. Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb. Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub. Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir. Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb. Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir. musavat / Teqlər : #Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adlar verilib? SİYAHI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş həkim: `Bərdə xəstəxanasına bir nəfərin cəsədi, iki yaralı gətirilib` - VİDEO «Hələ bu qədər itki olmamışdı»