SOS: Bakıda acı dondurma satılır - Ekspert

“Hazırda dondurma bazarında böyük problemlər yaşanır”.
 
Maide.az xəbər verir ki, bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "axar.az"a söyləyib.
 
O, dondurma istehsal edən şirkətlərdə nöqsan aşkarlandığı halda onlar barəsində anti-reklam işinin aparıldığını və dövlət orqanlarına məlumat verildiyini bildirib:
 
“Biz dondurma bazarında il ərzində tədqiqat aparmışıq və USAİD-in (ABŞ İnkişaf agentliyi) layihəsi çərçivəsində 2011-ci ildən bu bazarı tədqiq edirik. Layihə ondan ibarət idi ki, Azərbaycan mallarının xaricdə və daxili bazarda rəqabətə davamlılığını təmin etmək üçün Azərbaycan İstehlakçılarının qida təhlükəsizlik nişanı təsis olunsun. Bu, dünyada ilk təcrübə idi. Bu nişanı təsis etdirdik və dövlət qeydiyyatına alındı. Bundan sonra dondurma istehsalçılarına bunu şamil etmək qərarına gəldik və Azərbaycanda  yalnız Camal LTD-nin “İceland” dondurmaları buna uyğun gəldi. Digər dondurma istehsalçılarının hərəsində bir nöqsan tutuldu. Nöqsan tutulan istehsalçılara qarşı yalnız anti-reklam işi aparırıq və dövlət orqanlarına məlumat veririk. Hələlik mövsüm başlayandan bəri heç bir şikayət daxil olmayıb. Biz əsasən şikayətlər əsasında bu işi görürük. Lakin əhali zənglər edir. Onlar əsasən, dondurmaların acılığından şikayətlənirlər”. 

Google+ WhatsApp ok.ru