Sosial şəbəkələrdə övladlarınızın şəklini paylaşmayın! 15 Oktyabr 2015 01:00 Maraq dünyası Almaniya polisi valideynlərə müraciət edərək onları sosial şəbəkələrdə uşaqlarının fotoşəkillərini dərc etməməyə çağırıb. "Bu fotoşəkillər sizin üçün əziz ola bilər, lakin gələcəkdə sizin uşağınız onlara görə utanacaq", - polisin məlumatında deyilir. Bildirilir ki, fotoşəkillərdən həmçinin xuliqan və pedofillər tərəfindən istifadə oluna bilər. Bununla rastlaşmamaq üçün valideynlərdən məxfilik funksiyalarının quraşdırılması tələb olunur. Məlumatda vurğulanır ki, uşaqlar şəxsi həyat toxunulmazlığı hüququna malikdirlər. Məlumata görə, müraciətlə 7 milyondan çox insan tanış olub. Teqlər : #Sosial şəbəkələrdə övladlarınızın şəklini paylaşmayın!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Twitter` iş yerlərini azaldacaq ABŞ-da dronların zərərsizləşdirilməsi üçün qurğu yaradılıb