`Sovetski`də yerləşən Əbdürrəhimbəy Qulubəyov məscidi söküləcəkmi? - VİDEO

`Sovetski`də yerləşən Əbdürrəhimbəy Qulubəyov məscidi söküləcəkmi? - VİDEO

Bakının “Sovetski” adlandırılan ərazisində söküntü işləri demək olak ki, yekunlaşıb.
 
Ərazidə işləyən ağır texnika söküntü nəticəsində dağıdılmış evlərin qalıqlarını təmizləyir. Nəqliyyatın istifadəsi üçün ərazinin bir hissəsinə yeni asfalt çəkilir. Tikinti meydançasında toxunulmaz qalan yalnız gördüyünüz bu tarixi abidə - Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi və 18 mərtəbəli yaşayış binasıdır. 
 
1902-ci ildə inşa edilmiş məscidin divarlarına asılmış lövhədə abidənin Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu yazılsa da, “Sovetski” sakinləri qədim məscidin sökülüb-sökülməyəcəyi barədə dəqiq məlumata malik olmadıqlarını bildirir. Mədəniyyət Nazirliyi ilə əlaqə yaradıb, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovdan münasibəti öyrənmək istəsək də, buna nail ola bilmədik. (faktxeber) /

Google+ WhatsApp ok.ru