Sürət qatarı yolda qalıb 23 Noyabr 2016 02:00 Xəbərlər Noyabrın 23-ü səhər saatlarında Bakı-Sumqayıt sürət qatarının hərəkətində ləngimə baş verib. Hadisəyə səbəb elektrikin kəsilməsi göstərilib. Bəzi sərnişinlər bildiriblər ki, soyuq qatarda uzun müddət gözləmək məcburiyyətində qalıblar. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə məsələ ilə bağlı bunları deyib: «Sumqayıtdan Bakıya gələn sürət qatarının təmas xəttində problem yaşanıb. Hadisə saat 7:10 radələrində baş verib. Yarım saatdan sonra qatarın hərəkəti bərpa olunub. Artıq Bakıya gələn qatar bərpa olunub. Qatarlar qrafik üzrə hərəkətlərini davam etdirirlər». (qafqazinfo) / Teqlər : #Sürət qatarı yolda qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məsqətdə İmam Əli (ə) və İmam Sadiqə (ə) mənsub Quran nüsxələri sərgiyə qoyulub Tanınmış məddah dəfn edildi - FOTO