İsraildən Qurban bayramı münasibətilə embarqolu icazə

500 qəzzalı Qurban bayramı münasibətilə müqəddəs Qüds şəhərinə səfər edə biləcək

İsrail hökuməti Qurban bayramı münasibətilə Qəzza zəvvarlarına məhdudiyyətləri azaldılacağını bəyan edib.

İnterAz-ın İsrail mətbuatına istinadən məlumatına görə, hökumətin qərarına əsasən 500 qəzzalıya bayram namazlarını qılmaq üçün Qüdsə səfər etməyə icazə verilib. Həftə sonu bayram günlərində Qərb Sahili bölgəsində yaşayan fələstinlilərə də İsrail ərazilərinə sərbəst keçməyə icazə veriləcək.

İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına görə, qəzzalıların bayram münasibətilə Qüdsə səfər etməsi barədə İsrail və Fəslətin rəsmiləri arasında bir neçə gün öncə gizli danşıqlar baş tutub.

Bildirək ki, İsrailin bu addımı baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Barak Obamayla görüşündən sonra fələstinlilərə qarşı siyasətini yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, İsrailin bu “icazəsi” yalnız yaşlı insanlara şamil olunur. Belə ki, yalnız 60 yaşından yuxarı və 500 nəfərdən artıq olmamaq şərtilə Qəzza sakinləri Qüdsə daxil ola bilər. Onlar həmin gün Qərb Sahilində yaşayan qohumlarını da görə biləcəklər. /

 

 

Google+ WhatsApp ok.ru