İsrail rejimi həbsxanalarındakı fələstinli məhkumlar aclıq aksiyası keçirirlər

Sionist rejim bunun qarşısını almaq üçün zorla qidalandırma kampaniyasına başlayıb 
 
İslamazeri.az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsrail rejimində həbsxana şərtlərinə etiraz etmək üçün aclıq aksiyası keçirən fələstinli məhkumların sayı artır. 53 gündür aclıq aksiyasında olan məhkumlardan biri haqqında zorla qidalandırma qərarının  qəbul edilməsi reaksiyalara səbəb olub. 30 fələstinli məhkum etdikləri açıqlamada bu gündən etibarən aclıq aksiyasına başladıqlarını açıqlayıblar. Daha əvvəl aclıq aksiyasına başlayan məhkumlardan birinin sağlamlığının pis olduğu və israilli rəsmilərin bu səbəblə zorla qidalandırma qərarını qəbul etdikləri bildirilib. Berşəbada yerləşən Soroka xəstəxanasındakı tibbi komitə dəsionist İsrail hökumətinin qəbul etdiyi zorla qidalandırma qərarını təsdiq edib. Məhəmməd Nəsrəddin Məfadi adlı məhkumun 53 gündür aclıq aksiyasında olduğu və sağlamlığının kritik mərhələyə çatdığı bildirilib. Fələstin səhiyyə naziri Cavad Avad sionist İsrailin Fələstinli dustağı zorla qidalandırma qərarını kəskin tənqid edib. Mediada yer alan xəbərlərə görə, İsrail rejiminin cənubundakı Nəfxa bəbsxanasında 120 fələstinli məhkum 5 gündür aclıq aksiyası keçirir. Digər həbsxanalardakı fələstinli məhkumlar da dünən aclıq aksiyasına başladıqlarını açıqlayıblar. İsrail rejimi həbsxanalarındakı fələstinli məhkumlar məntiqsiz qanunları etiraz üçün aclıq aksiyasına başlamaq qərarına gəlmişdi. Rejim parlamenti iyul ayının sonlarında sağlamlıq vəziyyəti təhlükə altında olan məhkumların zorla bəslənməsini nəzərdə tutan qanunu qəbul etmişdi. İnsan haqları təşkilatları və həkimlər qanunu tənqid edərək bunun tibbi etika qaydalarına zidd olduğunu və məhkumlara işgəncə mənasına gəldiyini vurğulamışdı. /
 

Google+ WhatsApp ok.ru