İsrail rejimi Suriya qoşunlarına qarşı raket hücumu keçirib

İsrail rejimi Suriya qoşunlarına qarşı raket hücumu keçirib

Suriyalı hərbi mənbələrin Sputnik-ə verdiyi məlumata əsasən, sionist İsrail rejiminin təyyarələri Kuneytrada Suriya qoşunlarına qarşı raket hücumu həyata keçirib.
 
Mənbənin bildirdiyinə görə, sionist rejimə aid döyüş təyyarələri yerli vaxtla saat 18:45-də işğal altındakı Qolan yüksəkliklərinə yaxın bir bölgədən Suriya ordusunun yerləşdiyi nöqtələrə iki raket atmışdır. Mənbə hücumun maddi zərərə səbəb olduğunu bildirib.
 
Açıqlamada bildirilir ki, Suriya ordusunun terrorçuları Kuneytrada hücumlarının qarşısını almaqda olduğu bir vaxtda həmin həmlə edilib. "Bu əməliyyatlar silahlı qüvvələrin İsrail rejiminə yaxın terrorçu qruplarla mübarizəsini dayandırmayacaq", -deyə suriyalı hərbi mənbə bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru