Sürücü avtobusu saxlayıb namazını qıldı (FOTO)

Türkiyədə avtobus sürücüsü atdığı addımı ilə hamını təəccübləndirib.

Uzaq səfərə çıxan bir avtobus sürücüsü Şişli Məscidinə yaxınlaşan zaman İkindi namazının azanı verilir. 

Dərhal avtobusu saxlayan sürücü səccadəni avtobusda oturacaq olmayan boş sahədə sərərək namaz qılmağa başlayır. Sürücünün bu addımı sərnişinləri heyrətləndirir. Sərnişinlərin çaşqınılığına baxmayaraq sürücü onlara fikir vermədən namazını qılır. Sərnişinlərin bəziləri sürücü namaz qılan zaman avtobusdan yerə düşür, bir hissəsi isə avtobusda qalıb sürücününü namaz qılmasını izləyir.

Sürücü namazını qıldıqdan sonra yoluna davam edib. Onun namaz qılmasının görüntülərini isə sərnişinlərdən biri telefonla çəkərək sosial şəbəkədə paylaşıb. (anspress)

Google+ WhatsApp ok.ru