Sürücülərin nəzərinə: Heydər Əliyev prospektinin yan yolları bağlanır

Bakının Heydər Əliyev prospekti yan yollarda hərəkət məhdudlaşdırılır.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
 
Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti yan yollarda, prospektin Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki hərəkət istiqamət üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində prospektin yan yollarında nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatlığa görə üzr istəyir. /

Google+ WhatsApp ok.ru