Sürücülərin işi ağırlaşdı - VİDEO

Sürücülərin məsuliyyətini yüngülləşdirən bəzi maddələr yeni İnzibati Xətalar Məcəlləsinə əlavə edilməyib. Belə ki, əgər köhnə məcəlləyə əsasən 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılan şəxslərə 6 ay keçdikdən sonra güzəşt edilirdisə, yeni məcəllədə bu nəzərdə tutulmayıb.
 
Maide.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bunlardan biri  455.5-ci maddədir. Artıq bundan sonra sürücülük hüququ məhdudlaşdırılan şəxslər bu maddənin köməyindən istifadə edə bilməyəcək.
 
Indi isə sürücülük hüququ məhdudlaşdırılan şəxslər hər bir halda müddətintam bitməsini  gözləməlidir.
 
Bundan başqa, sürücülər əvvəlki məcəllənin 21-ci maddəsində nəzərdə tutulan güzəştlərdən də yararlana bilməyəcək.
 
Ancaq yeni məcəllənin qüvvəyə minməsi ilə birlikdə hər kəsə onun təqsirli olduğu sübut edildiyi halda konkret maddədəki sanksiya çərçivəsində tənbeh tətbiq ediləcək.
 
Ekspertin fikirincə, bu kimi maddələrin ləğvi məcəllədəki bəzi qeyri-müəyyənliklərdən sui-istifadə hallarının birmənalı olaraq aradan qaldırılmasına xidmət edəcək.
 

Google+ WhatsApp ok.ru