Sürücülərin nəzərinə: Bu avtomagistralda ötmə əməliyyatı qadağandır - VİDEO

Sürücülərin nəzərinə: Bu avtomagistralda ötmə əməliyyatı qadağandır - VİDEO

10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır.
 
Maide.İnfo Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər Bakı-Quba yolundandır.
 
Magistral yolun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisinə düşən hissəsində 10 kilometrədək məsafədə qoşa xətt çəkilib. Sürət həddi bəzi yerlərdə 70, digər ərazidə isə 60 kilometr/ saat müəyyən edilib. 10 kilometrədək məsafədə isə ötmək üçün yer qoyulmayıb.
 
Bu da yolda nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur.
 
Sürücülər deyirlər ki, həmin yolda sənaye müəssisələri çoxluq təşkil etdiyindən bu ərazidə iri tonnajlı nəqliyyat vasitələri, traktor və digər yük avtomobilləri istədikləri sürət həddini seçirlər. Məhz ona görə də sürücülər bəzi hallarda qarşıdakı nəqliyyat vasitəsini keçmək məcburiyyətində qalırlıar. Bu da onların cərimələnməsi ilə nəticələnir.
 
Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, 10 kilometrə yaxın məsafədə ötməni qadağan etmək düzgün deyil. Bu, həmin yolda nəqliyyat vasitələrinin sürətinə təsir edir və tıxacların yaranmasına səbəb olur. /

Google+ WhatsApp ok.ru