Sürücülərin diqqətinə - Bunu etməsəniz, 150 manat cərimələcəksiniz 15 Noyabr 2019 10:24 Ölkə Bu gün avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır. Maide.Az xəbər verir ki, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir. Xatırladaq ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar. Teqlər : #Sürücülərin,#diqqətinə,#Bunu,#etməsəniz,#150,#manat,#cərimələcəksiniz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnstitut direktoru: İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər Sabahın hava proqnozu açıqlanıb