'Sürücülük təhsilinin rüşvətə uğraması'

'Sürücülük təhsilinin rüşvətə uğraması'

Azadliq.info saytında «Yoldakı və hakimiyyətdəki qəza» sərlövhəli yazı oxumaq olar. Yazıda son günlər ölkədə baş verən ağır yol qəzalarından bəhs edilir.
 
«Narkoman – yəni işə yaramayan, işi bacarmayan, işə alınması təhlükəli olan adam niyə avtobusu sürməlidir? Bu ki hökumətin vəzifələrinə aiddir. Maşının yararlı olmasını da, maşını idarə edənin də yararlı olmasını da hökumət təmin etməlidir», - deyə müəllif Şahvələd Çobanoğlu yazıb.
 
Müəllif daha sonra ağır yol qəzalarına yol açan səbəblər üzərində durmağa çalışır: «Yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik, korrupsiya, avtomobillərin texniki vəziyyətinə və sürücülərin yetənəyinə nəzarətsizlik, sürücülük təhsilinin rüşvətə uğraması, yol-hərəkət nişanlarının azlığı...».
 
Müəllifə görə, əsas günahkar hamıdan gizlənən trafik canavarıdır: «Əslində, hamı da gözəl başa düşür ki, yuxarıdakı səbəblər - ədalətli məhkəmə sisteminin qurulmaması, polis və digər dövlət orqanlarındakı özbaşınalıq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin olmaması kimi köklü səbəblər qəzaların qapısıdır».
 
Yazıda «qəza hər yerdə olur» deyiminə də münasibət bildirilir: «Var, amma bunu azaltmaq istəyən, yox edən hökumət də var. Bəli, inanın, şübhə etməyin, bir çox ölkələrdə məhz hökumətlərin səyləri nəticəsində yol-nəqliyyat hadisələri və bu zaman ölüm hadisələri hədsiz azaldılıb». /azadliq.org /
 

Google+ WhatsApp ok.ru