İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənələşib

İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənələşib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxıldığı şəxslər barədə məlumat yayıb.
 
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:
 
- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
 
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;
 
- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
 
- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
 
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
 
Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.
 

Google+ WhatsApp ok.ru