İstanbulda ticarət mərkəzində atışma olub, yaralananlar var

İstanbulda ticarət mərkəzində baş vermiş atışmanın təfərrüatları məlum olub.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vaxtilə “Metroport” ticarət mərkəzində çalışmış təhlükəsizlik əməkdaşı öz kürəkəni ilə mübahisə etdikdən sonra ona odlu silahdan atəş açıb.
 
Nəticədə həmin şəxs ağır yaralanıb. Sonra atəş açan şəxs özünü ayağından vurub.
 
Hər iki şəxsin xəstəxanaya yerləşdirildiyi, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 
 

Google+ WhatsApp ok.ru