Statistika Komitəsinin qarşısında tıxac olmayacaq

Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi aidiyyəti qurumlara təklif ünvanlayıb.
 
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə sözügedən ərazidə yerləşən dairədə üçbucaq formasında olan adacığın dəyişdirilərək başqa formada olması üçün aidiyyəti qurumlara müraciət göndərilib. Bu təkliflin məqsədi həmən ərazidə sıxlığın aradan qaldırılması və nəqliyyat vasitələrinin daha rahat şəkildə digər istiqamətlərə hərəkətini təmin etməkdir.
 
NİİM rəsmisi aidiyyətı qurumlara ümumilikdə 70-ə yaxın təklif irəli sürüldüyünü və onlardan 30-nun artıq icra olunduğunu bildirib./
 

Google+ WhatsApp ok.ru