Statistik məlumatlara əsasən uşaq götürənlərin sayı azalır

Ölkəmizdə internat məktəblərindən övladlığa uşaq götürənlərin sayı azalır. 
 
Ailələrin dağılmaması üçün valideynlər çox vaxt övladlığa uşaq götürmək qərarına gəlirlər. Bu proses əvvəllər daha çox baş verirdisə, son bir neçə ildə uşaq götürənlərin sayı azalır. 
 
Araşdırmalardan məlum olur ki, bu uşaq götürərkən ailə büdcəsinin çox hesablaması, həmçinin şərtlərin nisbətən çətin olması ilə əlaqədardır.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Rafael Süleymanov sorğumuza cavab olaraq, bizə 3 il ərzində götürülən uşaqların statistikasından da azalmanın olduğunu müşahidə edirik.
 
Bakıda fəaliyyət göstərən internat məktəblərindən aldığımız məlumata görə, uşaq götürmək üçün lazım olan şərtlər aşağıdakılardır:
 
"Əsasən, övladlığa 14 yaşına qədər olan uşaqları veririk. 14 yaşından sonra uşaqların ailələrə verilməsi çətin məsələdir. Bunun üçün şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, nigah haqqında arayış təqdim olunmalıdır. Əməkhaqqı övladlığa götürülən uşaqla birlikdə (3 nəfər üçün) 1170 manat olmalıdır. Uşaq götürməyə gələnlərə şəkillər təqdim olunur. Əgər cütlüklər tam qərar verirsə, onda uşağı ona göstəririk. Amma 6 ay həmin ailə nəzarətimiz altında olur, daha sonra lazım olarsa, uşaq birdəfəlik ailəyə verilir", - deyə məktəbin rəhbəri bildirdi.
 
Müdir onu da əlavə etdi ki, övladlığa verilən uşaqlar arasında əsas üstünlük oğlanlara məxsusdur. 
 
Azərbaycanda xarici vətəndaşlarla bağlı övladlığa götürmə prosesi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 3 yaşına qədər uşaqların övladlığa verilmə prosesi Səhiyyə Nazirliyi, 3 yaşdan böyük uşaqların övladlığa götürmə məsələləri isə Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Beynəlxalq övladlığa götürmə prosesində isə uşaqlar üçün heç bir yaş həddi nəzərdə tutulmayıb.
 
 
Azərbaycanda övladlığa götürülmə ilə məşğul olan qurumlar
 
Acı həqiqət olsa da, internat məktəbləri bütün dünyada var. Amma ölkəmizdə övladlığa uşaq götürməklə xarici ölkələrdə uşaq götürmə prosesi bir qədər fərqlidir. Belə ki, Azərbaycanda ailələr uşaq götürməyə birdən qərar verir. Xarici ölkələrdə isə əvvəlcə uşaqla ünsiyyətə üstünlük verilir. Həm də daha çox böyük uşaqlar övladlığa götürülür. Bundan başqa, əcnəbi valideynlər uşağı övladlığa götürərkən, ona həqiqəti deyirlər ki, sonradan problem yaranmasın. Amma bizdə valideynlər götürdükləri uşaqlara "özünü pis aparmışdın, səni oraya müvəqqəti qoymuşdum" kimi cümlələrlə, anlamırlar ki, uşaqda valideynlərə qarşı inamsızlıq yaranır.
 
Uşaq üzrə psixoloq Vəfa Əkbər deyir ki, ölkəmizdə övladlığa uşaq götürməkdə bir sıra çatışmazlıqlar var: 
 
"Bizdə cütlüklər uşaq götürməkdən çəkinirlər. Buna səbəb isə "uşaq böyüyəndə onunla bağlı hər hansı bir problem yaranar", "görəsən, uşaq götürsək, ətrafdakılar nə deyər" deyə. Get-gedə uşaq götürmədə sayın az olması isə ailələrin iqtisadi durumu ilə bağlıdır . Onlar düşünürlər ki, uşaq götürsələr, ona istədikləri şəraiti verə bilməzlər", - deyə xanım psixoloq əlavə etdi.
 
Vəfa Əkbər onu da vurğuladı ki, ölkəmizdə ən çox yaşı az olan (xüsusən, 1 yaşınadək) uşaqlar övladlığa götürülür ki, bu zaman daha çox problemlər yaşanır. Çünki uşaq böyüdükcə onun psixoloji problemlərinin və xəstəlikləri ortaya çıxır. Bu zaman valideynlər etdikləri seçimlərə görə bir növ peşmanlıq hissi keçirirlər. Ona görə də, cütlüklər uşaq götürməzdən əvvəl tam əmin olmalıdırlar ki, sonradan nə onlar, nə də uşaq əziyyət çəkməsin.
 
Ümumiyyətlə, Azərbaycanda yeni nəslə - uşaqlara xüsusi diqqət, qayğı göstərilir. İnsanlar həyatlarının mənasını, gələcəyini övladında - yeni nəsildə görürlər. Yeni qurulan hər bir ailədə əsas gözlənti də uşaqdır. Amma bəzən həkimlərin səyləri belə nəticə vermir, o zaman cütlüklər valideyn sevgisi, ana, ata qayğısından məhrum olan uşaqları övladlığa götürməyi qərara alırlar. anspress/
 

Google+ WhatsApp ok.ru