İsti hava cənub zonasında sitrus təsərrüfatlarına ziyan vurub

İsti hava cənub zonasında sitrus təsərrüfatlarına ziyan vurub

Havaların isti keçməsi Lənkəran və Astara rayonlarında sitrus təsərrüfatlarına ziyan vurub.
 
Artıq iki həftədir meyvələr saralıb tökülməyə başlayıb.
 
Temperaturun xeyli yüksəlməsi əsasən naringi və portağal bağlarına təsir göstərib.
 
Fermerlərin bildirdiyinə görə, belə davam etsə, məhsuldarlığın səviyyəsi 30 faiz olacaq. Arabir yağan yağış vəziyyəti daha da çətinləşdirir. Çünki belə olan halda güclü buxarlanma müşahidə olunur.
 
Sitrus bağlarında temperatur təxminən 33-35 dərəcə olmalıdır. Havanın hərarətinin 35 dərəcədən yuxarı olması meyvələrin tökülməsinə səbəb olur. (apa) /
 

Google+ WhatsApp ok.ru