Sudan istifadə zamanı 98 faizə qədər qənaət ediləcək

Sudan istifadə zamanı 98 faizə qədər qənaət ediləcək

 
Qlobal istiləşmə, deşilən ozon qatı, təbii ətraf mühitin yox olması gündəmdə olduğu vaxtda, su və digər təbii resuslar getdikcə azalmaqdadır. Lakin bəzən texnologiyanın tapdığı çarələr olduqca faydalı olur.
 
Texnologiyanın da, bəzən ətraf mühitin qorunması və israfın qarşısını alan əlverişli cihazlar meydana gətirdiyini qeyd etmək lazımdır.
 
Əlimizi yuyan zaman 98% daha az su istifadə edin
 
Əlimizi yuyan zaman 98% daha az su istifadə edə bilərik. Bəli. Layihənin əsas pirinsipi belədir: Altered tərəfindən istehsal edilən bu su pəri, istifadə zamanı 98% qədər suya qənət etmiş olur. Hər gün milyonlarla damcının israf olduğunu nəzərə alan Altered, bu yeni su pəri vasitəsi ilə, problemi əhəmiyyətli dərəcədə azaldıb.
 
Çox qəribə bir mexanizmdə hazırlanan su pəri, iki fərqli rejimdə işləyir. Bunlardan ilki yuxarıda qeyd etdiyimiz əllərin yuyulması zamanı işləyəcək. Normal rejimdə işlədilən su pəri 75%-ə qədər suya qənaət edəcək.
 
Fərqli dızaynlarda olan yeni modellər isə, 100-dən çox ölkədə satışa çıxardılacaq. Dekabr ayında təqdim ediləcək yeni su pərinin isə, suya qənaət üçün bugünə qədər təqdim edilən ən təkmilləşdirilmiş su pəri olduğu bildirilir. (deyerler.org) /

Google+ WhatsApp ok.ru