Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq

Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq

Fasilə yeni çəkilmiş xəttin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır
 
Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Maide.Az xəbər verir ki, Azəriqaz” İB-dən verilən məlumata görə, fasilə yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.
 
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
 
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. /

Google+ WhatsApp ok.ru