Sumqayıtda bir qrup pensiyaçı yolu bağlamağa cəhd edib  - VİDEO

Sumqayıtda bir qrup pensiyaçı yolu bağlamağa cəhd edib - VİDEO

Maide.Az  Xeberle.com-un məlumatına istinadən bildirir ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində bir qrup pensiyaçı yolu bağlayıb. Belə ki, şəhərin Sahil küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının qarşısına toplaşan bir qrup pensiyaçı avtomobillərin hərəkətinə mane olaraq yolu kəsiblər.
 
Pensiyaçıların yolu bağlamasına səbəb kimi təqaüdlərin gecikməsi göstərilir. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.
 

Google+ WhatsApp ok.ru