Sumqayıtda Karvan Ticarət Mərkəzinin qarşısında aksiya – Saxlanılan var

Bu gün Sumqayıtda yerləşən məşhur Karvan Ticarət Mərkəzinin qarşısında satıcılar toplaşaraq ticarət mərkəzinin sahibinə öz etirazlarını bildiriblər. Etiraza səbəb isə ticarət mərkəzindəki yer pullarının bahalığı olub. Hazırda ticarət mərkəzinin qarşısına 100-dən çox insan yığışıb və ticarət mərkəzinin rəhbərliyindən yer pulları ilə bağlı tədbir görməsini istəyirlər.
Əraziyə polis qüvvələri cəlb edilib və artıq bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.
 
 
 

Google+ WhatsApp ok.ru