Sumqayıtda məscidin yanında 24 saat fəaliyyət göstərən içki dükanı

Sumqayıtda yaşayan bir qrup inanclı üzləşdikləri problemlə əlaqədar dövlət qurumlarına müraciət ediblər. 
 
Maide.a "LiderXeber"ə istinadən xəbər verir ki, Sumqayıt şəhər inanclıları "Katej” yaşayış massivində yerləşən məscid ərazisinin yaxınlığında 24 saat fəaliyyət göstərən içki satışı ilə məşğul olan dükan olduğunu bildirərək, Allah evinin yanında belə bir mağazanın fəaliyyət göstərməsini milli-mənəvi dəyərlərimizin qorunmasına kölgə saldığını deyirlər. 
 
Məscidə ibadətə gələnlər əlaqədar orqanlardan xahiş edirlər ki, məscidin yanında yerləşən içki mağazasını fəaliyyət göstərməsinin qarşısını almaqda öz köməkliklərini göstərsinlər. 
 
Müraciətin surəti  prezident İlham Əliyevə, QMİ sədri Allahşükür Paşazadəyə, DQİDK sədri Mübariz Qurbanlıya və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova göndərilib.

Google+ WhatsApp ok.ru