Sumqayıt Dövlət Universitetində bir neçə hicablı tələbəni dərsə buraxmırlar

Sumqayıt Dövlət Universitetində bir neçə hicablı tələbəni dərsə buraxmırlar

Sumqayıtda yaşayan Elşən Məmmədov Maide.Az saytına zəng edərək bildirib ki, ötən gün Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alan qızım və digər bir neçə hicablı xanımı dekanlığa çağıraraq onlara Universitetdə hicablı təhsil almağın qadağan olduğunu və Universitetə başlarını açaraq gəlmələri tapşırıldı. “Bu gün səhər qızım və digər bir neçə hicablı xanım universitetə buraxılmayıblar. Onlardan başlarını açaraq dərsə girmələri tələb olunur”.
 
Məsələ ilə bağlı Sumqayıt Dövlət Universitetinin tərbiyəvi işlər üzrə prorektoru Nizami müəllimlə əlaqə saxladıq və ölkədə hicaba qadağa olmadığı halda həmin birinci kurs tələbələrin dərsə niyə buraxılmamasının səbəbini soruşduq. “Həmin tələbələr şəxsiyyət vəsiqəsində başı açıqdır və universitetdədə başı açıq olmalıdır”, -deyə cavab verən Nizami müəllim, "tədbir var gecikirəm" -deyərək telefonu söndürdü. 
 
Məsələni diqqətdə saxlayacayıq.

Google+ WhatsApp ok.ru