Sumqayıtın Əşya Bazarı ərazisində işləyən maşın ustaları yolu bağlayıb

Sumqayıtın Əşya Bazarı ərazisində işləyən maşın ustaları yolu bağlayıb

Sumqayıtın Əşya Bazarı adlanan ərazisində yerləşən yüzdən çox maşın sexinin işçiləri Sumqayıtın Mərkəzi bazarına gedən yolu bağlayıblar.
 
Maide.Az xəbər verir ki, bu barədə “İslaminSesi”nə orada olan vətəndaşlar məlumat verib. Yolun bağlanmasına səbəb isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin neçə gündür təmir adı bəhanəsi ilə sexlərə gedən bütün yolları bağlamasıdır.
 
Yolların təmirə bağlanması nəticəsində artıq 1 həftəyə yaxındır ki, bütün sexlərin və ustaların işləri tamamilə iflic olub. Sexləri icarəyə götürdüklərini söyləyən ustalar, icra hakimiyyəti nümayəndələrinin sex rəhbərlərindən yolun təmiri üçün pul almaq istədiklərini bildirir.
 
Buna görə də neçə gündür yolları bağlı saxlayaraq bu cür süni problemlər yaradıblar. Nəticədə isə işsiz qalan və havayı yerə icarə haqqını ödəyən ustalar pis vəziyyətdə qalıb.  
 
 
 

Google+ WhatsApp ok.ru