Sumqayıtın içməli su təchizatı məhdudlaşdırılır

Sumqayıtın içməli su təchizatı məhdudlaşdırılır

Sabah Sumqayıtda içməli suyun verilməsi məhdudlaşdırılacaq.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.
 
Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. (apa) /
 

Google+ WhatsApp ok.ru