Su qiymətinə elektromobil yaradıldı -FOTO 09 Avqust 2017 01:00 Maraq dünyası Çinin SAIC-GM-Wuling müəssisəsi dünyanın ən ucuz elektromobilini buraxıb. İKT.lent.az-ın “The News Wheel” nəşrinə istinadən verdiyi məlumata görə, E100 elektromobili cəmi 5 min dollar dəyərindədir. “Smart ForTwo” stilində hazırlanan avtomobil ön asqı və tək rıçaqlı arxa asqıya malikdir. 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub. Elektrokar saatda 100 km sürətlə hərəkət edir və bir dəfə doldurulmaqla 155 km gedir. Akkumulyator 7,5 saata tam dolur. Avtomobil piyadaları tanıma sistemi və digər sistemlərə malikdir. Satışların nə vaxt başlayacağı və yeni məhsulun başqa ölkələrə ixrac edilib-edilməyəcəyi hələ açıqlanmayıb. Teqlər : #Su qiymətinə elektromobil yaradıldı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Günəş batareyası ilə təchiz edilmiş günəşdən qoruyan eynəklər yaradılıb “YouTube”un mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq