İsveçdə məsçid yanğınlarına qarşı etiraz aksiyaları keçirilib -FOTO

İsveçdə bir həftə ərzində ölkə məsçidlərindən üçü üzərinə yanğın basqını edildikdən sonra anti-irqçilik kampaniyaçıları paytaxt Stokholmda nəhəng etiraz aksiyası keçiriblər.
Maide.az-ın məlumatına görə, etirazçıların əllərindəki vərəqələrdə “Mənim məsçidimə toxunmayın” sözləri yazılmışdı.
Etiraz aksiyaları  həmçninin Malmö və Gotenburq şəhərlərində də yer alıb.Etiraz aksiyasında iştirak edənlər Uspala məçidinin kandarını ürəkşəkilli qırmızı açıqcalarla bəzəyiblər.

Ötən çümə axşamı ölkənin şərqindəki Upsala şəhərindəki məsçidə yandırıcı bomba atılıb. Dekabrın son günlərində Esloyev və Eskilstuna şəhərlərindəki məsçidlər yandırıcı bomba hücumuna məruz qalıb.
İsveç hökuməti bəyan edib ki, islamofobiyaya qarşı xüsusi mübarizə proqramı üzərində işləyir.
Məsçidlərə basqınların araşdırılmasını aparan polis hələlik heç bir iz əldə edə bilməyib.
İsveç bütün Avropada ən çox mühacir qəbul edən ölkə sayılır.
Hazırda İsveç əhalisinin 16 faizini xaricdə doğulanlar təşkil edirlər. Onların böyük əksəriyyəti İraq, Əfqanıstan və Suriyadan olanlardır.
/


 



 

Google+ WhatsApp ok.ru