İsveç Xristian Birliyi Quranın yandırılmasını qınadı

İsveç Xristian Birliyi Quranın yandırılmasını qınadı

İsveç Xristian Birliyi Danimarkanın ifrat sağçı "Sərt Kurs" partiyasının (Stram Kurs) üzvlərinin İsveçdə Quranı yandırmaq üçün təxribatlarını qınayıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholm və Malmödə şəhərində təşkil edilən qanunsuz aksiyada Stram Kurs üzvlərinin Quranı yandırmasına qarşı etirazlar davam edir.
 
İsveç Protestant Kilsəsinin baş yepiskopu Antye Yakele də daxil olmaqla, ölkənin on tanınmış xristian ruhanisi, Quran yandırma təxribatına qarşı bəyanatla çıxış ediblər.
 
Bəyanatda Danimarkadakı irqçi qrupun Qurana vəhşicəsinə hücum etdiyi bildirilərək, belə deyilib: “Müsəlmanlara qarşı bir daha güclü rəğbət bəslədiyimizi bildiririk”.
 
Müsəlman kitabına qarşı hörmətsizliyi pisləyən bəyanatda bunlar qeyd edilib: “Müqəddəs kitabı yandırmaq vəhşi bir hərəkətdir. İnsanların inanclarına qəsdən hörmətsizlik edilməsini qətiyyətlə pisləyirik. Həssaslığı qoruyaraq, insanların hüquqları ətrafında toplanıb ortaq inteqrasiya fəaliyyətlərinə cəmləşməli olduğumuz halda, bu cür hücumlar qütbləşməni artırır. Ölkəmizdə yaşayan müsəlmanlara bir daha rəğbətimizi bildiririk”.
 
Danimarkadan İsveçin Malmö şəhərinə gələn Stram Kursunun lideri Rasmus Paludanın tərəfdarları, polisin icazə verməməsinə baxmayaraq, Quranı yandırmışdılar.
 
Keçən həftə Paludanın tərəfdarları, İsveçin paytaxtı Stokholmun türklərin və müsəlmanların yaşadığı Rinkebi məhəlləsində gizli şəkildə Quran yandırmışdılar və sosial şəbəkədə paylaşmışdılar.
 

Google+ WhatsApp ok.ru