Səsli siqnal kağız biletləri əvəz edəcək

Səsli siqnal kağız biletləri əvəz edəcək

“Ticketmaster” şirkəti “Lisnr” startapı ilə birlikdə yüksəktezlikli siqnallardan bilet qismində istifadəyə imkan verəcək texnologiya hazırlayır.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur.
 
Mütəxəssislərin sözlərinə görə, texnologiya simsiz internetə çıxış, “Bluetooth” interfeysi və ya “NFC” modulundan istifadəni tələb etmir. Hazırlanan biletlərin tətbiqi üçün yeganə tələb olunan qurğu “Android” və ya “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon, eləcə də səsli siqnalları təhlil edən skanerdir.
 
Hazırda şirkətlər texnologiyanın təhlükəsizlik səviyyəsinin artırılması ilə məşğuldurlar. Həmçinin, şirkətlərin nümayəndələri qeyd edib ki, texnologiyanın tətbiqi üçün az maddi vəsaitə ehtiyac duyulur.
 
Məhsulun hazır versiyasının yaxın dörd il ərzində ərsəyə gətiriləcəyi gözlənilir. /

Google+ WhatsApp ok.ru