Tərtər sakinləri mediaya etiraz edəcəklər

Qapanlı sakinlər köçmələri barədə yayılan xəbərlərə etiraz edirlər

Bu gün bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barədə yayılan yalan məlumatlarla bağlı aksiya keçiriləcək. Qapanlı sakinləri kənddən köçmələri ilə bağlı yayılan xəbərlərə etiraz edəcəklər. Etiraz aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı gözlənilir. Etiraz aksiyasında sakinlər öz kəndlərindən heç bir yerə köçmədiklərini nümayiş etdirəcəklər.
 
Maide.az-ın məlumatına görə, bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb. 
 
Ötən gecə cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qalıb. Cəbhə xəttinə yaxın yerləşən kəndlərin əhalisi heç yerə köçürülməyiblər. 

Google+ WhatsApp ok.ru