Təbrizin imam cüməsi Hacı Mövsüm Səmədova atasının vəfatı münasibətilə başsağlığı verib

Təbrizin imam cüməsinin Hacı Mövsüm Səmədova və Azərbaycanın dindar xalqına başsağlığı məktubu ünvanlayıb. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi həzrət Ayətullah Müctəhid Şəbüstəri Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun atasının vəfatı münasibətilə başsağlığı verib.
İnna lillahi və inna iləyhi raciun
Mərhum Mərdan Səmədovun vəfatı xəbəri məni kədərləndirdi. Bu ağır müsibəti onun qeyrətli və rəşid oğlu, hicab və İslam dəyərlərini müdafiə etdiyinə görə uzun müddətdir həbsxanada saxlanılan Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədova və Azərbaycanın bütün dindar xalqına başsağlığı verirəm. Allahdan təzə dünyasını dəyişmiş mərhum üçün bağışlanmaq və ilahi rizvan, dünya müsəlmanları və azadlıqsevərlər üçün izzət və qələbə arzu edirəm.
Təbriz, Ayətullah Müctəhid Şəbüstəri
14 Rəbiul-əvvəl, 1435 /
 

Google+ WhatsApp ok.ru