Ötən il 19 neftçi həlak olub

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı 2014-cü il ərzində hasilat sənayesində həlak olan neftçilərin sayını və adlarını açıqlayıb. Təşkitaın sədri, hüquq müdafiəçisi Mirvari Qəhramanlı AFN-ə bildirib ki, ötən il hasilat sənayesində 19 nəfər insan həlak olub.

Belə ki, İsmayıl Umudov adlı “Neftqaztikinti” trestinin əməkdaşı ixtisar olunması barədə bildiriş alan kimi ürəyi partlayıb. “Bahar enerji” şirkətinin əməkdaşı Kövsarov Etibar isə işdən azad olunduqdan sonra iş tapmadığı üçün özünü asıb. “Balaxanı” Neft-Qazçıxarma İdarəsinin əməkdaşı Qasımov Hafiz isə iş yerində intihar edib.

Digər 16 nəfər işçi isə hasilatda çalışarkən faciəvi şəkildə rəhmətə gediblər. Bunlar Şirinov Həbib “Nərimanneft” Neft-Qazçıxarma İdarəsi (NQÇİ), Ağayev Oleq “Qarasu Əməliyyat Şirkəti”, Hacıyev Musa “Neftqaztikinti” tresti, Kazımov Mais “Neftqaztikinti” tresti, Ağayev Elnur “Siyəzən MQKİ”, Əliyev Zakir “H.Z. Tağıyev” NQÇİ, “Baranov Dmitri “H.Z. Tağıyev” NQÇİ, Qarayev Daşqın “Nərimanneft” NQÇİ, Bədəlov Faiq “Neftqaztikinti” tresti, Nəbizadə İlkin “Neftqaztikinti” tresti, İbrahimxəlilov Rövşən “Neftqaztikinti” tresti, Hüseynov Əbdülhəsən “Neftqaztikinti” tresti, Yusifov Oktay “Nərimanneft” NQÇİ, Bəhramov Simran Qarakişi oğlu "Neftqaztikinti" tresti, Ağayev Zərbəli “Narimanov” NQÇİ və “Suraxanı” Əməliyyat Şirkətinin adı məlum olmayan əməkdaşının adları var. azadliq.info/

Google+ WhatsApp ok.ru