Təyyarə burulğana düşdü – 21 nəfər xəsarət aldı

“Air Canada” şirkətinə məxsus, Şanxay-Toronto marşrutu üzrə uçan təyyarə hava burulğanına düşüb.
 
BBC xəbər verir ki, hadisə zamanı təyyarədəki 21 nəfər xəsarət alıb. Onların arasında 3 azyaşlı da var.
 
Təyyarə Calgary şəhərində təcili eniş edib. Rəsmi məlumata görə, 8 sərnişin boyun və kürək nahiyəsindən zərbə alıb, daha 13 nəfər yoxlamadan keçmək üçün xəstəxanaya aparılıb. Xəsarət alanların vəziyyəti stabildir.
 
 
Təyyarənin göyərtəsində ümumilikdə 351 nəfərin olduğu bildirilir. Onların 332-si sərnişin, 19-u ekipaj üzvü olub.
 
Sərnişinlərdən Yi Li jurnalistlərə hadisəni belə təsvir edib: “Əvvəl hər şey normal idi, sadəcə təyyarə bir qədər yellənirdi. Birdən vəziyyət gərginləşdi, tayyarə silkələnməyə başladı. Yanımda oturan qız yatırdı, qəfildən uçmağa başladı”./

Google+ WhatsApp ok.ru