Təbriz – dünyanın dilənçiliyə yox deyən yeganə şəhəri

Dilənçilik dünyada əsas ictimai problemlərdən biri olaraq qalır. Bu problemin İran İslam Respublikasının sevilən şəhəri Təbrizdə necə aradan qaldırıldığı maraq doğuran hadisədir.
Maide.az  vilayet.info saytına istinadən xəbər verir ki, şəhərdə dilənçi yoxsa bu o deməkdirmi ki, həmin şəhər əhalisi varlıdır? Qətiyyən belə deyil. Şəhərdə dilənçiliyin qarşısını alan ilk amil iqtisadi durum yox, əhalinin mədəniyyətidir. Bəlkə elə bu mədəniyyətə görə İranın istənilən nöqtəsində Təbriz şəhəri xoş sözlərlə yad edilir. 
Təbrizdə dilənçi yoxsa, ilk növbədə şəhərdə aztəminatlı ailələri himayə edən Təbriz Xeyriyyə Cəmiyyətinin adını çəkmək lazım gəlir. Bu ictimai bir qurumdur və dövlət tərəfindən maliyyələşmir.
Bu cəmiyyət fəaliyyətə başladığı gündən şəhərdəki dilənçiləri siyahıya alıb və fərdi qaydada bu insanlarla iş aparılıb. Təbii ki, xeyriyyə cəmiyyətinə dövlət orqanları da dəstək verib. Cəmiyyətin sabiq administrasiya rəhbəri Səid Cəlali deyir ki, Təbrizdə də hər yerdə olduğu kimi yoxsul təbəqə var. Amma bu şəhəri başqa şəhərlərdən fərqləndirən cəhət problemin daim nəzarətdə saxlanması, ən əsası bir dilənçinin bütün Təbriz üçün ləkə sayılması mədəniyyətinin yaradılmasıdır.
 
Təbrizə qədəm qoyan qonaqlar belə bir plakatla rastlaşır: 
Allahın adı ilə!
Əziz qonaqlar!
(dilənçisiz ) Şəhərimizə xoş gəlmisiniz!
Əgər təsadüfən dilənçi ilə rastlaşsanız lütfən göstərilən nömrəyə zəng vurun... /
 

Google+ WhatsApp ok.ru